Cina Gerşon
Aktrisa
Cina L. Gerşon – amerikalı teatr, kino, televiziya və səsləndirmə aktrisası, müğənni və yazıçıdır. 10 iyun 1962-ci ildə Los-Ancelesdə (ABŞ) yəhudi ailəsində anadan olub. Uşaq yaşlarından aktrisa olmağı arzulayıb və peşəkar aktyorluq təhsili almağa can atıb. Beverli Hillz məktəbində gələcək müğənni və musiqiçi Lenni Kravitzlə oxuyub. Sonradan San-Fransiskoya köçüb və Amerika konservatoriyasına qəbul olunub. Orada aktyorluq sənətini və rəqsi öyrənib. Nyu-York universitetini bitirdikdən sonra müxtəlif teatrlarda səhnəyə çıxıb. "Naked Angels" teatrının Nyu-York filialının təsisçilərindən biridir. 1988-ci ildə Cina Gerşon Tom Kruzla birlikdə “Kokteyl” dramına çəkilib. Əsas rollarını 1990-cı illərdə oynayıb. Daha çox “Şou-qızları” (1995) filmində və “Əlaqə” trillerində oynadığı rollarla yadda qalıb. ABC-nin “Səfeh qız” teleserialında Donatello Versaçenin parodiyası sayılan Fabiya rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gina_Gershon