Alessandro Nivola

Alessandro Nivola

Aktyor, prodüser

BİOQRAFİYA

Alessandro Nivola (ing. Alessandro Nivola) – amerikalı kino, televiziya və teatr aktyorudur. 28 iyun 1972-ci ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində anadan olub. Aktyorun atası tanınmış politoloq Pyetro Salvatore Nivola, babası heykəltəraş Konstantino Nivola olub. Alessandronun damalarından alman, yəhudi və italyan qanı axır. Ekseterdə Filips akademiyasını bitirib. Həmçinin Yel Universitetinin diploluna sahibdir. Hələ məzun olmamış, teatr səhnəsində debüt edib. Kolleci bitirdikdən sonra Brodveydə karyerasına başlayıb. “Kəndə keçirdiyim bir ay” adlı tamaşadan aktrisa Helen Mirrenin qəhrəmanının gənc məşuqu rolunda debüt edib. 1996-cı ildə Sandro NBC-nin Daniel Stilin kitabının motivləri əsasında çəkilmiş “Üzük” mini-serialında görüntülənib. Elə həmin il Con Travolta və Nikolas Keycin baş rola çəkildiyi “Simasız” blokbasterində ikinci plan kişi rollarından birini (Nikolas Keycin qəhrəmanının psixopat qardaşı) oynayıb. 3 yanvar 2003-cü ildən tanınmış britaniyalı aktrisa Emili Mortimerlə evlidir. Cütlüyün iki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%B2%D0%BE%D0%BB%D0%B0,_%D0%90%D0%BB%D0%B5%D1%81%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç