Henri Kavill

Henri Kavill

Aktyor

BİOQRAFİYA

Henri Uilyam Dalqliş Kavill 5 may 1983-cü ildə Sent-Seyvyerdə (La Manş körfəzi, Normand adaları) anadan olub. Atası Kolin Kavill dəniz donanmasında xidmət etdikdən sonra maliyyə işçisi kimi fəaliyyətə başlayıb. Anası beş oğulun tərbiyəsi ilə məşğul olub. Henri evin dördüncü oğludur. Yeniyetmə yaşlarında vaxtının əsas hissəsini idmana həsr edirdi. O, reqbi, otüstü hokkey və kriket oynayırdı. 18 yaşında Kavill Kanada-İtaliya müştərək istehsalı olan “Çəllək” adlı trillerə dəvət alır. Bir il sonra Aleksandr Dümanın “Qraf Monte Kristo” əsərinin ekran versiyasında çəkilir və tənqidçilərin müsbət fikirlərini qazanır. 2007-ci ildə “Tüdorlar” tarixi serialında kral VIII Henrinin ən yaxın dostu Çarlz Brendonu oynayandan sonra ulduzu parlamağa başlayır. 2013-cü ildə ekrana çıxan rejissor Zak Snayderin “Polad adam” filminin baş qəhrəmanını məhz Kavill canlandırır. Kavill amerikalı komiks qəhrəmanını canlandıran ilk ingilis aktyorudur. Blokbasterin uğuru yeni müqavilələrin bağlanmasına yol açır. İlk müqaviləsi “Betmen Supermenə qarşı. Ədalətin şəfəqində” filminə imzalanır. Henri Kavill romantik münasibətlərinin müzakirə olunmasını sevmir. Həmkarları onun "özünəqapalı" insan olduğunu deyirlər. Henri Kavill Darrel adına Vəhşi Təbiəti Mühafizə Fondunun nümayəndəsidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Henri_Kavill

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç