Marius Vaysberq 1 aprel 1971-ci ildə Moskvada doğulub. Anası — litvalı Danquole Balçyunene (lit. Danguolė Balčiūnienė) — Uzun illər Moskvada Litva SSR ticarət nümayəndəliyində çalışıb. Atası yəhudi Ernst Markoviç Vaysberq (20.07.1934 — 09.03.2007) — SSRİ film direktoru, Rusiyanın —“Mosfilm” kinokonserninin “Mosfilm-servis” direktoru, prodüseridir. 1996-cı ildə Cənubi Kaliforniyanın Kinematoqrafiya və Televiziya Universitetinin diplomunu alır. Rejissorun debüt işi "Yer yoxdur" (1999) filmidir. “Rjevski Napaleona qarşı” (2012), “Böyük şəhərdə məhəbbət” (2009), “Böyük şəhərdə məhəbbət 2” (2010), “Böyük şəhərdə məhəbbət 3” (2013) filmlərinin rejissoru və ssenari müəllifi olub. "Kölgə ilə döyüş 2: Qisas” (2007), “8 ilk görüş” (2012), “Böyük şəhərdə məhəbbət 2” (2010) və sair filmlərə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%B9%D...