Devid Kokner
Aktyor, ssenarist, prodüser
Devid Maykl Kokner – amerikalı aktyor-komikdir, ara-sıra ssenarist və prodüser kimi də fəaliyyət göstərir. Devid Kokner 24 avqust 1962-ci ildə ABŞ-ın Missuri ştatının Tipton şəhərində anadan olub. Atası alman, anası irland əsillidir. Devidin iki qardaşı və üç bacısı var. Məktəbi bitirdikdən sonra Devid Benedictine kollecində oxuyub, daha sonra Missuri Universitetində ali təhsil alıb. Ancaq ali təhsili başa vurandan sonra Çikaqoya köçüb, komik-artist olmaq qərarına gəlib. Orada “iO Theater” improvizasiya teatrının aktyoruna çevrilib. Aktyorluq sənətini "The Second City" truppasına Del Klouzdan öyrənib. 1995-ci ildə teledebütü baş tutub: bir il ərzində “Şənbə gecəsi canlı efirdə” şousunun 20 buraxılışına çıxıb. 1997-ci ildə isə geniş ekranlarda debüt edib. “Kələkbazlıq” adlı filmdə kiçik rol oynayıb. Karyerası ərzində 120-dən çox film və seriala çəkilib, üç dəfə ssenarist kimi çıxış edib. 27 iyun 1998-ci ildə Ley Koknerlə ailə qurub. Çarlz Patrik, Marqo Qreys, Uilyam Sercent və Odri Violet və Yeva Culyet adlı uşaqları var. Hər beş övladının və həyat yoldaşının adları aktyorun çiyninə döyülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BA%D0%BD%D0%B5%D1%80,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4