Maylz Fişer
Aktyor, prodüser, bəstəkar
Maylz Fişer 23 iyun 1983-cü ildə Texas ştatının Dallas şəhərində anadan olub. Onun atası Riçard V. Fişer – Dallas Federal ehtiyat bankının eks prezidentidir. Anası Nensi Amerika kinosənəti institutunda işləyib. İlk debüt işi 1997-ci ildə “Həqiqi qadınlar” (Cenis Vudsun romanı əsasında” televiziya filmində gənc Trevis MakKlur rolu olur. 2000-ci ildə “Lone Star Struck” komediyasında baş rolun ifaçısı olub. 2001-ci ildə Newsday qəzetinin müxbiri Liz Smit "Miles Fisher, 'It' Boy" məqaləsində aktyoru “vunderkind” və “gələcək To Kruz” adlandırıb. Onun Tom Kruzla oxşarlığı ona istedadların axtarışı ilə məşğul olan Endeavor Talent Agency agentliyi ilə müqavilə bağlamağa imkan verdi. 2003-cü ildə Maylz “Allahlar və generallar” hərbi filmində Con Bil rolunda çəkilir. 2010-cu ildə aktyor məşhur “Təyinat nöqtəsi-5” qorxu filmində Piter Fridkin rolunu oynayır. Həmin ili o Klint İsvudun “C.Edqar” adlı bayopikində FBR agenti Harrison rolunda çəkilir. 2014-cü ildə aktyor və yazıçı Maykl Blocettin qızı Lüsi Blocettlə ailə həyatı qurur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: