Emma Bell

Emma Bell

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Emma Cin Bell 17 dekabr 1986-cı ildə Vudstounda (Nyu Cersi ştatı, ABŞ) anadan olub. “Donmuşlar” və “Təyinat nöqtəsi” film və AMC “Gəzən ölülər” serialındakı Emi obrazı və TNT “Dallas” serialının birinci mövsümündə Emma Cudit Rayland Braun rolları ilə tanınır. 2010-cu ildə “Donmuşlar” filmindəki baş qəhrəman Parker O’Nil rolu ilə məşhurluq qazanıb. 2011-ci ildə “Təyinat nöqtəsi” filmində baş qəhrəmanı canlandırıb. Emma “Qanun və qayda: Xüsusi korpus”, “Fövqəltəbii” və “Kabuslarla danışan” seriallarında epizodik rollarda çəkilib. 2012-ci ilin sentyabrında Emma Bell “Dallas” serialının ikinci mövsümündə Enn Yuinqin qızı Emma Cudit Rayland Braun daimi rolunu alır. Serial üç mövsümdən sonra bağlanıb. 6 oktyabr 2018-ci ildə aktyor Kemron Robertsonla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emma_Bell

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç