Nikolas D.Aqosto
Aktyor
Nikolas D.Aqosto 1980-cı ilin yaz aylarında Omahada (Nebraska ştatı, ABŞ) xeyriyyə təşkilatlarının sahibləri Dina Rey və Alena D.Aqostonun ailəsində anadan olub. 1998-ci ildə doğma şəhərində Krayton məktəbini bitirib və Viskonsin ştatına köçür. Aktyor Markett Universitetinin tələbəsi adını qazanır. 2002-ci ildə o tarix və teatr sənəti üzrə diplomlu mütəxəssis olur. 1999-cu ildə “Bambılı” qara komediyasında məktəbin komitə sədri rolunu oynayır. Film Krayton məktəbinin məzunu rejissor Aleksandr Peyn tərəfindən çəkilib. Bir ildən sonra aktyor “Çimərlik psixozu” filmində rol alır. 2002-ci ildə Nikolas D.Aqosto Los-Ancelesə köçür. “Təcili yardım”, “Boston məktəbi”, “Müştəri həmişə ölüdür”, “İzsiz”, “Həkim Haus” və sair məşhur seriallarında epizodik rolda çəkilib. Nikolas D.Aqosto “Bu yay əylən!” komediyasında futbolçu rolunda çəkilir. Çox keçmir o “Prada və hiss” filmində Kamilla Bell ilə birlikdə çəkilir. 2011-ci ildə Nikolas D.Aqosto məşhur horrorun növbəti sikvelində “Təyinat nöqtəsi-5” filmində Sem Loton rolunu ifa edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/nicholas_dagosto/