Kerri Fişer

Kerri Fişer

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Kerri Fişer 21 oktyabr 1956-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində (ABŞ) müğənni Eddi Fişer (Rusiyadan olan yəhudi mühacirlərin oğlu) və amerikalı aktrisa və müğənni Debbi Reynoldsun ailəsində doğulub. İki yaşı olanda ailə dağılır və atası məşhur aktrisa Elizabet Teylorla evlənir. Növbəti il anası ayaqqabı dükanları şəbəkəsinin sahibi Harri Karla ərə gedir. Uşaqlıqdan aktrisa olmağı arzulayan Kerri "Central School of Spench and Drama"da təhsil alır. İlk dəfə 1975-ci ildə "Şampun" filminə çəkilir. Aktrisanın karyerasında dönüş yaradan film isə 1977-ci ildə çəkilən "Ulduz müharibələri" filmində şahzadə Leya" obrazı olur. Daha sonra 1980-cı ildə "Cazmen qardaşlar" filmində rol alır. 1990-cı ildə "Postcards from the Edge" filminin ssenarisini yazır. Kerri Fişer 23 dekabr 2016-cı ildə Londondan Los-Ancelesə qayıdarkən təyyarədə infarkt keçirir. Xəstəxanaya yerləşdirilən aktrisa dörd gün sonra - dekabrın 27-də elə orada dünyasını dəyişir. Anası Debbi Reynolds qızının ölümünün səhəri gün - dekabrın 28-də qızının dəfninə hazırlıq zamanı insultdan keçinir. 16 iyun 2017-ci ildə məlumat verilir ki, Fişer yuxu apnesi keçirib və bu onun ölümünə səbəb olan faktorlardan ola bilər. Lakin az sonra patoloqlar öz hesabatlarında bildirirlər ki, Fişerin cəsədində kokain, heroin və MDMA izləri aşkar olunub. Kerri Fişerin istedadların axtarışı üzrə agent Brayan Lurddan Billi Lurd adlı qızı var (1992). Cütlük münasibətlərini rəsmiləşdirməmiş ayrılmışdı. Billi Lurd da aktrisadır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kerri_Fi%C5%9Fer

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç