İrvin Kerşner

İrvin Kerşner

Rejissor, aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

İrvin Kerşner 23 aprel 1923-cü ildə Filadelfiyada (ABŞ) yəhudi mühacirlərin ailəsində anadan olub. Atası Kiyevdən olub və əvvəlcə Argentinaya gedib, anası Odessadan olub və Hollandiyaya, oradan da Amerikaya köçüb. Kerşnerin xatirələrinə görə, valideynləri ilk dəfə Nyu-Yorkda görüşüblər. Evlərində ivrit, ukrayna və polyak dillərində danışıblar. Uşaqlıqda İrvin kamanlı simli alətlərdə çalmağı öyrənib, sonradan təsviri sənət və fotoqrafiya ilə məşğul olmağa başlayıb. Kaliforniya məktəblərindən birində fotoqrafiya sənətindən dərs deyib. Kinemotoqrafiyaya onu rusiyalı rejissor Sergey Eyzenşteynin "Aleksandr Nevski" filminə olan marağı gətirib. Ən çox "Ulduz müharibələri: Epizod 5", "Heç vaxt "heç vaxt" demə", "Robokop 2" filmləri ilə yadda qalıb. 27 noyabr 2010-cu ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Irvin_Kershner

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç