Holli Meyers-Şayer
Aktrisa, ssenarist, rejissor, prodüser
Holli Meyers-Şayer 26 iyul 1987-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Ssenarist, rejissor Nensi və Çarles Şayerin qızları olan Meyers valideynlərinin çəkdiyi altı filmdə iştirak edib. Çəkildiyi filmlər sırasına "I Love Trouble", "Father of the Bride Part II", "The Parent Trap", "What Women Want" və "The Affair of the Necklace" kimi filmləri daxil etmək olar. Meyers-Şayer orta təhsilini "Crossroads" məktəbində alıb. Əvvəlcə ssenaristlik üzrə təhsil almaq üçün Kaliforniya universitetinə daxil olur, sonra isə "Yeni məktəb"ə qəbul olur və ədəbiyyat üzrə təhsilini davam etdirir. O, ssenarist və rejissor kimi debütü "Yenə ev" filmi ilə edib. 2012-ci ildə Meyers-Şayerin ssenarisi əsasında çəkiləcək "Çelsi" filminin rejissorunun Nensi Meyers olacağı haqqında məlumat yayılır. Ancaq daha sonra anası qızının proyektdən çəkildiyi haqqında məlumat verir.
Ətraflı məlumat üçün
aşağıdakı linkə basın: