Meri Stinbörgen
Aktrisa
Meri Stinbörgen 8 fevral 1953-cü ildə Nyuportda (Arkanzas ştatı, ABŞ) anadan olub. Onun kinoda debütü birbaşa baş rolla olub. Cek Nikolsonla çəkildiyi “Cənuba yollan” filmindəki roluna görə "Ən yaxşı debüt" kateqoriyası üzrə “Qızıl Qlobus”a namizəd göstərilib. Növbəti il “Zaman maşınında səyahət” filmində də işinin öhdəsindən uğurla gələn aktrisa "Ən yaxşı qadın rolu"na görə “Saturn” mükafatına layiq görülüb. Çəkildiyi üçüncü film olan “Melvin və Hovard”dakı roluna görə isə "Ən yaxşı ikinci plan qadın rolu" kateqoriyası üzrə “Oskar” alır. 1983-cü ildə “Kross-Krik” filminə çəkilir. Bundan əvvəl isə “Reqtaym” və “Yay gecəsində seks komediyası” filmlərində rol alıb. Bundan sonra daha çox televiziya layihələrində iştirak edir və bir çox uğura imza atır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mary_Steenburgen