Tomas F. Uilson

Tomas F. Uilson

Aktyor

BİOQRAFİYA

Tomas Frensis Uilson - amerikalı kino və televiziya aktyorudur. Daha çox Robert Zemekesin “Gələcəyə geriqayıtma” trilogiyasında Biff Tannen rolu ilə tanınır. Son rollarından birini Stiven Soderberqin “İnformator” filmində oynayıb. Bundan başqa, “Ovsunçu”, “Doktor Haus”, “Sümüklər”, “Boston vəkilləri” və “Sabahın əfsanələri” seriallarında epizodik rollarda çıxış edib. Tomas Uilson 15 aprel 1959-cu ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. “Radnor High School” məktəbində oxuyub, orada aktyorluq sənətini öyrənib. Məktəbin debat cəmiyyətinin prezidenti olub, məktəb orkestrində tubada (nəfəsli musiqi aləti) ifa edib. Orta təhsili başa vurduqdan sonra Dövlət Arizona Universitetində biznes və beynəlxalq hüququ oxuyub. İlk aktyorluq təcrübəsini Nyu-Yorkda Amerika Dram İncəsənət Akademiyasında oxuyan zaman keçib. “Bob və Tomun şousu” komediya radio-proqramının iştirakçısı olub və qastrollarda iştirak edib. Los-Ancelesə köçəndən sonra “Comedy Store” aktyorluq studiyasının truppasına daxil olub. Tomas Uilson peşəkar artistdir, bütün incəsənət sahələrində öz istedadını ortaya qoyub: musiqi, aktyorluq sənəti, rəssamlıq, komediant və sair.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Thomas_F._Wilson

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç