Lia Tompson
Aktrisa, rejissor
Lia Ketlin Tompson 31 may 1961-ci ildə müğənni Barbara Tompson və onun həyat yoldaşı Kliffin ailəsində dünyaya göz açıb. Uşaqlığında baletlə məşğul olub, 14 yaşından peşəkar rəqqasədir. Amerika Balet Teatrının təqaüdçüsü olub. Adıçəkilən teatrın 45-dən çox tamaşasında iştirak edib. Qardaşı Endrü də peşəkar balet artistidir. 20 yaşında aktrisa olmağı qərara alaraq Nyu-Yorka köçüb. İlk olaraq “Burger King” fastfud franşizasının reklam çarxlarına çəkilib, daha sonra özünü musiqi kliplərində aktrisa olaraq sınayıb. 1983-cü ildə “Çənələr 3” və “Yalnız düzgün gedişlə” filmlərində kinodebütünü gerçəkləşdirib. Ona şöhrət gətirən film “Geriyə gələcəyə” kinotrilogiyasında Lorreyn Beyns rolu olub. 1990-cı illərdən etibarən, başlıca olaraq televiziya filmləri və seriallarına çəkilir. Tompson “Karolina Nyu-Yorkda” sitkomunda baş rolu oynayıb (1995-2000). 2000-ci illərdə başlıca olaraq aşağı büdcəli televiziya filmlərində epizodik rollarda iştirak edib. 2000-ci illərin ortalarında "Hallmark" telekanalının “Ceyn Cou” adlı mini-serialına çəkilib. 1980-ci illərin ortalarında aktyor Dennis Kueydlə görüşüb. 1989-cu ildə “Gözəl bir şey” adlı filmin çəkilişlərində tanış olduğu rejissor Hovard Doyça ərə gedib. Onların iki qızı var: Meydelin (1991) və Zoi (1994). Zoi Doyç anasının peşəsini davam etdirir - aktrisadır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lea_Thompson