Kristofer Lloyd

Kristofer Lloyd

Aktyor

BİOQRAFİYA

Kristofer Allen Lloyd – amerikalı kino və televiziya aktyorudur. Üçqat “Emmi” mükafatçısıdır. Daha çox “Gələcəyə geri qayıdış” fantastik trilogiyasında dəlisov doktor Emmet Braun rolu ilə yadda qalıb. Həmçinin, “Qu quşu yuvası üzərindən uçarkən”, “Dovşan Rocerin torbasını kim tikib?”, “Adamslar ailəsi”, “Trass 60” filmlərində oynadığı rollara görə tanınır. 22 oktyabr 1938-ci ildə ABŞ-ın Stamford şəhərində anadan olub. Atası hüquqşünas, anası müğənni olub (Rut Lloyd). Lloydlar ailəsinin sonbeşiyidir. Yeddi bacı-qardaş olubar. Təhsilini nüfuzlu Fessenden məktəbində alıb. Daha sonra Vestport şəhər (Konnektikut ştatı) məktəbini bitirib. Orta təhsilini başa vurduğu ərəfədə Nyu-Yorkda aktyorluq sənəti üzrə kurslara gedib. Tanınmış amerikalı aktyor Senford Meysnerin tələbəsi olub. 1976-cı ildə Miloş Formanın “Qu quşu yuvası üzərindən uçarkən” dramının uğurundan sonra Lloyd Los-Anceles şəhərinə köçüb, özünü tamamilə kinoya həsr edib. Kristofer beş dəfə evli olub. Həyat yoldaşları Katrin Boyd (1959-1971), Key Tornborq (1974-1987), Karol Enn Vanek (1988-1991), Ceyn Uoker Vud (1992-2005) olub, heç bir nikahdan övladı olmayıb. 2016-cı ildə isə indiki həyat yoldaşı, daşınmaz əmlak brokeri Liza Loikono ilə evlənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kristofer_Lloyd

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç