Erika Kristensen
Aktrisa, prodüser
Erika Ceyn Kristensen — amerikalı aktrisadır. 19 avqust 1982-ci ildə anadan olub. Kristensen karyerasına “Təcrübə”, “Freyzer”, “Mələyin toxunuşu” seriallarında epizodik rollardan başlayıb. Stiven Soderberqin “Traffik” (2000) filmindəki rolu ilə karyerasında sıçrayış etdi və ona ilin ən yaxşı nailiyyəti nominasiyasında MTV Movie Award mükafatı qazandırdı. Ardınca “Fanat qız” (2002) və “Keçmiş bal” (2004) filmlərində baş rolda çəkilib. “Alışqan-bacılar” (2002), “Qəzəbin əksi” (2005) və “Uçuş illüziyası” (2005) filmlərində yer alıb. 2006-cı ildə Kristensen televiziyada çalışmağa başlayır. ABC telekanalında yayımlanan “Altı” serialında baş rolda çəkilib. Ardınca NBC telekanalında yayımlanan “Valideynlər” (2010—2015) ailəvi dramında altı mövsüm Culiya Breyverman-Qrem rolunda çəkilib. Kristensen velosipedçi Koul Manesslə üç illik münasibətdən sonra münasibətlərini 5 sentyabr 2015-ci ildə rəsmiləşdirib. Cütlüyün - Şeyn Maness (21.06.2016) və Polli Maness (10.08.2018) adlı iki qız övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B5%D0%BD%D1%81%D0%B5%D0%BD,_%D0%AD%D1%80%D0%B8%D0%BA%D0%B0