Vupi Qoldberq

Vupi Qoldberq

Aktrisa

BİOQRAFİYA
Vupi Qoldberq 13 noyabr 1955-ci ildə Nyu-Yorkda (ABŞ) kasıb bir ailədə dünyaya gəlib. Anası Emma Harris (1931-2010) müəllim və tibb bacısı işləyirdi, atası Ceyms Conson (1930-1993) keşiş idi. Vupinin əsl adı Kerin Eleyn Consondur. O, məktəbi 16 yaşında atıb və ardınca həyatında çoxsaylı nikahlar, narkotiklərdən asılılıq olub. Aktrisa Amerikanın dörd ən nüfuzlu kino mükafatı - “Oskar”, “Qremmi”, “Emmi” və “Toni”yə layiq görülüb, həmçinin “Qızıl Qlobus” və BAFTA mükafatlarının sahibidir. 10 yaşında uşaq teatrında cıxış etməyə başlayıb. Burada aktyorluq sənətində ilkin təcrübəsini qazanır və müəyyən dərəcədə bu sənətin sirlərinə yiyələnir. Müəllimləri uşağın istedadını yüksək qiymətləndirirdilər. Peşəkar teatr aktyoru kimi karyerasına Vupi Qoldberq ləqəbi ilə başlayıb. Müsahibələrindən birində deyib ki, "Conson ləqəbi o qədər də yəhudi soyadı deyil ki, onunla irəli gedə biləsən. Ona görə də Qoldberq ləqəbini götürürəm". 1980-ci illərin ortalarında Vupi Q. artıq tanınmış teatr aktrisası idi. 1985-ci ildə Elis Uokerin “Bənövşəyi rəngin çalarları” əsəri haqqında film çəkiləcəyindən xəbər tutan Vupi məktub yazaraq onun da bu filmə dəvət olunmasını xahiş edir. Artıq Vupini teatr aktrisası kimi tanıyan Elis Uolker rejissor Stiven Spilberqə yaxınlaşaraq bu xahişi onun diqqətinə çatdırır və nəticədə Vupi filmdə baş rola dəvət alır. Vupi bu filmdə qaradərili amerikalı qadın Selin Conson rolunu canlandırıb. Onun qəhrəmanı sakit ev qadınından şəxsi həyatı barədə müstəqil qərarlar verə bilən azad qadına çevrilir. Onun bu parlaq debütu “Qızıl Qlobus” mükafatına layiq görülür və “Oskar”a namizəd göstərilir. Vupi Qoldberq dərin dramatik rollarla yanaşı, fərqli janrlarda da - komediya, kriminal komediya, detektiv, seriallar, fantastikada da özünü sınayıb. Əsasən “Oğru”, “Hərəkət et, bacı”, “Ruh” və sair filmlərdə yaratdığı rolları ilə tanınır. Vupi Qoldberq üç dəfə ərdə olub: yeganə qızı Aleksandranın (1973-cü il təvəllüdlü) atası Elvin Martin, fotoqraf Devid Kassen (1988-1990) və biznesmen Maykl Traxtenberq (1994-1995). Həmçinin Hollivud aktyorları və kino xadimləri Frenk Lancella, Ted Denson, Timoti Dalton və Eddi Qoldla romanları olub. Qızı Aleksandra ilk qızını 16 yaşı olanda doğub, o vaxt Vupi nənənin 34 yaşı var idi. Nəvəsi Amaradan başqa iki oğlan nəvəsi də var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Vupi_Qoldberq

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç