Demi Mur
Aktrisa
Demi Mur 11 noyabr 1962-ci ildə Rozuelldə (Nyu-Meksiko ştatı, ABŞ) kasıb bir ailədə anadan olub. Bioloji atası Çarlz Harmon hələ Demi doğulmamşdan əvvəl anasını tərk etmişdi. O, üç yaşında olarkən anası növbəti dəfə ərə gedir. Valideynləri içki aludəçisi idilər. Demi 16 yaşından məktəbi atır və filmlərə çəkilməyə qərar verir. 1982-1983-cü illərdə narkotikə qurşanır. 1985-ci ildə "St. Elmo's Fire" filminin çəkilişləri sayəsində narkotik asılılığından qurtulur. 1990-cı illərdə "Ruh", "A Few Good Men", "Indecent Proposal", "Striptease" filmləri ilə ən bahalı aktrisalar siyahısına düşür. 2003-cü ildə "Ən pis qadın aktrisa" kimi "Qızıl moruq" antimükafatına layiq görülür. Demi Mur 18 yaşında Freddi Mur, 1987-ci ildə Brüs Uillislə, 2005-ci ildə özündən 15 yaş kiçik olan Eşton Kutçerlə ailə qurur. 2011-ci ilin noyabr ayında isə o, media vasitəsilə Eşton Kutçerlə evliliklərinin bitdiyini açıqlayır, lakin təzminat məsələsinə görə cütlüyün məhkəmə prosesi iki il ləngiyir. 2013-cü il noyabrın 27-də cütlük rəsmən boşanır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Demi_Mur