Patrik Sueyzi

Patrik Sueyzi

Aktyor

BİOQRAFİYA

Patrik Sueyzi 18 avqust 1952-ci ildə Hyustonda (Texas ştatı, ABŞ) doğulub. Anası xoreoqraf idi, ona görə də Patrik uşaq vaxtlarından rəqslə məşğul olub. Valideynləri irland və ingilis mənşəli idilər. Rəqsdən başqa, Patrik Sueyzi uşaqlıqdan döyüş növləri ilə də məşğul olub. Gənc yaşlarında artıq kunq-fu üzrə qara kəmər ustası olub. “Çirkin rəqslər” (1987) və “Ruh” (1990) filmlərindəki rollarına görə dünya şöhrəti qazanıb. “Ruh” filmi beş nominasiya üzrə “Oskar” mükafatına namizəd göstərilib. Bu filmdə Sueyzinin tərəf-müqabilləri Demi Mur və Vupi Qoldberq olub. 1991-ci ildə "People" jurnalı onu "İlin ən seksual kişisi" elan etmişdi. 2008-ci ilin martında Sueyzidə mədəaltı vəzin xərçəngi aşkar edilir. Həmin ilin iyununda müsahibə verən aktyor həqiqətən də bu xəstəliklə mübarizə apardığını, amma həkimlərin bədbin proqnoz verdiklərini etiraf edib. Ağır xəstəliyə baxmayaraq, Sueyzi "Vəhşi" ("The Beast") teleserialındakı rolunu tamamlayır. 2009-cu ilin əvvəlində isə həyat yoldaşı ilə birlikdə memuarlar yazmağa başlayıb. Xəstəliyi ilə 20 aylıq mübarizədən sonra Patrik Sueyzi 2009-cu il sentyabrın 14-də Los-Ancelesdə 57 yaşında vəfat edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Patrik_Sueyzi

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç