Brüs Coel Rubin
Ssenarist
Brüs Coel Rubin 10 mart 1943-cü ildə Detroytda (Miçiqan ştatı, ABŞ) anadan olub. “Ruh” filminə yazdığı ssenari ilə şöhrət qazanıb. Bu ssenariyə görə o, “Oskar” mükafatına layiq görülüb. Brüs Robin həmçinin, “Yakobun nərdivanı”, “Uçurumla toqquşma”, “Ölümcül dost”, “Mənim həyatım”, “Stüart Littl”, “Zamanla səyahət edənin həyat yoldaşı” kimi filmlərə də ssenari yazıb. Brüs Rubin evlidir, Coşua və Ari adlı iki oğlu var. Hər ikisi ssenaristdir.