Cerri Zuker 11 mart 1950-ci ildə Miluokidə (Viskonsin ştatı, ABŞ) yəhudi ailəsində dünyaya gəlib. Berton Zuker və Şarlotta Zuker cütlüyünün üçüncü övladıdır. Onun valideynləri 66 il evli olublar. Cerrinin böyük qardaşı Devid Zuker rejissor, bacısı Süzan Breslo isə aktrisadır. Cerri aktyor kimi kinokaryerasına 1972-ci ildə başlayıb və 1984-cü ilə qədər filmlərə çəkilib. 1977-ci ildən o, rejissor, ssenarist kimi də fəaliyyət göstərir. Cerri "Writers Guild of America" (1981), "ShoWest Convention" (1989, 1991), "Sant Jordi Awards" (1991), “The Comedy Festival” (2004) mükafatlarının sahibidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jerry_Zucker