Pernilla Auqust 13 fevral 1958-ci ildə Stokholmda (İsveç) anadan olub. O, 1975-ci ildə kinoda ilk dəfə Pernilla Vallqren adı altında çıxış edir. 1979-cu ildə İsveçin Kral Dram Teatrının nəzdində aktyor məktəbinə daxil olur və 1982-ci ildə oranı bitirir. Bir müddət teatrda və televiziyada çalışdıqdan sonra 2005-ci ildə "Partlayış vaxtı" qısametrajlı filmində rol alır. Birinci əri - yazıçı, ssenarist, tərcüməçi Klas Estenqren olub (1982-1989), ikinci dəfə kinorejissor Bill Auqustla ailə qurub (1991—1997).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%83%D0%B3%D...