Con Uilyams
Bəstəkar
Con Uilyams 8 fevral 1932-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 1948-ci ildə ailə Los-Ancelesə köçür. “North Hollywood High School” məktəbinə daxil olan Con 1950-ci ildə buranı bitirir. Daha sonra Kaliforniya Universitetində təhsil almağa başlayan Uilyamsı 1952-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin musiqi qrupuna ezam edirlər. 1955-ci ildə burada xidmətini başa vurduqdan sonra Nyu-Yorka qayıdır və “Juilliard School”da oxuyur. 1956-cı ildə Uilyams aktrisa Barbara Ryuiklə evlənir və 1974-cü ilə kimi, Barbaranın ölümünə qədər onunla evli qalır. Onların üç övladı var. 1980-ci ildən etibarən Uilyams Samanta Uinslou ilə evlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Con_Uilyams