Corc Lukas

Corc Lukas

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA
Corc Lukas 14 may 1944-cü ildə ABŞ-ın Kaliforniya ştatının Modesto şəhərində anadan olub. Lukas peşəkar avtomobil yarışçısı olmağı xəyal edərkən, litseyi bitirəndən dərhal sonra keçirdiyi yol qəzası səbəbindən bundan imtina edir və həyatı dəyişir. Cənubi Kaliforniya Universitetində kino sənətini oxumağa qərar verir. "Warner Broth." şirkətində şagirdliyə başlayır. Burada Frensis Ford Koppolanın çəkdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatılır. Koppola ilə yoldaşlıqları bu filmdən başlayır. Koppola "Ata" (1972) filminin çəkilişlərinə başlayanda Corc Lukas "Lucasfilm Ltd." adlı şirkət qurur. Beş milyard dollarlıq kapitalı ilə ən varlı rejissorlar siyahısındadır. 1969-cu ildə Corc Lukas sonralar "Ulduz müharibələri" filminin montajına görə "Oskar"a layiq görülən montajçı Marsiya Lui Qriffinlə evlənir. 1981-ci ildə Marsiya və Corc Amanda adlı qızı övladlığa götürürlər. Onlar boşananda (1983) qız atası ilə qalır. Tənha ata daha bir qız və oğlanı övladlığa götürür. Bu uşaqların üçü də, o cümlədən Corc özü də "Ulduz müharibələri"ndə çəkilib. 80-ci illərdə Corc uzun müddət amerikalı müğənni Linda Ronstadtla görüşür. 2013-cü ilin əvvəlində Lukas "DreamWorks" şirkətinin Direktorlar Şurasının rəhbəri, özündən 25 yaş kiçik Mellodi Hobsonla nişanlandığını elan edir. Corc Lukas Mellodi ilə 2006-cı ildən tanış idi. Mellodi onu bəzi mərasimlərdə, o cümlədən 2007-ci ildə "Oskar" mükafatının 79-cu təqdimetmə mərasimində müşayiət edib. 2013-cü ilin iyununda cütlük rəsmi nikah bağlayır. 9 avqust 2013-cü ildə onların Everest adlı qızları doğulub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Corc_Lukas

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç