Endrü Rennells

Endrü Rennells

Aktyor

BİOQRAFİYA

Endrü Skott Rennells 23 avqust 1978-ci ildə ABŞ-ın Nebraska ştatının Omaha şəhərində anadan olub. İrland və polşa əsillidir. Çoxövladlı ailədə boya-başa çatıb. Üç bacısı və özündən böyük qardaşı var. Rennells Ledi Lord ibtidai məktəbinə gedib. Həmçinin Omaha roma-katolik oğlanlar məktəbində oxuyub. Ailəsi Omahanın rayonlarından birində, Hans  parkında yaşayıb. Uşaqlığında “Emmi Qifford” adına uşaq teatrında çıxış edib, müxtəlif tamaşalarda səhnəyə çıxıb. Teatrla yanaşı, reklam çarxlarına çəkilib. 90-cı illərdən kinolara çəkilməyə başlayıb. 1996-cı ildə Emi Adamsla birlikdə  “Sürtkü” (Grease, 1996) filmini səsləndirib. Daha çox Brodvey tamaşalarında oynadığı rollarla məşhurlaşır. İkiqat “Toni” mükafatı nominantıdır. “Qremmi” mükafatı laureatıdır. 1997-ci ildə orta məktəbi bitirərək Nyu-Yorka köçüb. Merimaunt Kollecində aktyorluq sənətini öyrənib. Şəxsi həyatına gəlincə Rennells homoseksual olduğunu gizlətmir. 18 yaşında olanda kaminq-aut edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrew_Rannells

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç