Kerr Smit 9 mart 1972-ci ildə Filadelfiya yaxınlığındakı Ekston adlı kiçik şəhərcikdə (Pensilvaniya ştatı, ABŞ) doğulub. Atası maliyyə müşaviri olub. Kerr orta məktəbi doğma şəhərində bitirib. Sonra Vermont universitetinə daxil olub. Biznes administrasiyası üzrə bakalavr təhsili alıb. Onun adı (Kerr) nənəsinin qızlıq soyadıdır. 7 iyun 2003-cü ildə o, fotoqraf və aktrisa Harmoni Everettlə Palm-Sprinq şəhərində (Kaliforniya ştatı, ABŞ) evlənib. 20 mart 2009-cu ildə, altı il evlilikdən sonra Smit boşanmaq üçün ərizə verir və 30 oktyabr 2009-cu ildə boşanırlar. Kerr Smitin “Pat” ləqəbli iti var. Kerr kompüter həvəskarıdır. Evində üç kompüteri var. Həmçinin xizəksürmə ilə məşğul olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kerr_Smith