Ceyms Vonq 20 aprel 1959-cu ildə Honkonqda ( ÇXR) doğulub. 10 yaşında ailəsi ilə birlikdə San-Dieqoya (Kaliforniya ştatı, ABŞ) köçüblər. Orta məktəbdə o gələcək tərəf-müqabili, ssenarist Qlen Morqanla tanış olur. Sonra o, universitetə daxil olur və komediya qrupuna qoşulur. Əvvəlcə özünü mühəndislikdə sınayır, “Apokalipsis bu gün” filmini izlədikdən sonra kino sahəsi ilə maraqlanmağa başlayıb. Universiteti bitirdikdən sonra Sendi Hovardın köməkçisi kimi işləyib. Həmin ərəfədə Ceyms və Morqan ssenari yazmağa başlayırlar. Ceyms Vonq Tina Vonqla evlidir. Onların üç uşağı var. Hal- hazırda Kaliforniyada (ABŞ) yaşayırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Wong_(filmmaker)