Düqrey Skott 25 noyabr 1965-ci ildə Şotlandiyada doğulub. Tibb bacısı Emma və aktyor, satıcı Alan Skottun oğludur. Düqrey “Auchmuty High School” məktəbində oxuyub. Düqrey dram kurslarına gedib. Sonra isə kollecdə musiqi və dram üzrə təhsil alıb. 1987-ci ildə kollecin "Ən umidverici tələbə"si kimi mükafatını alır. Skottun birinci evliliyindən İden və Qabriel adlı əkizləri var. 8 iyun 2007-ci ildə o, ikinci dəfə - aktrisa Kler Forlani ilə İtaliyada evlənib. Skott aktyor karyerasına teatr və kukla tamaşaları sahəsində başlayıb. Televiziyada ilk ciddi rolu “Əsgər, Əsgər” teleserialında oynadığı rol sayılır. Kinodada debütünü “Əkiz şəhər” filminə çəkilməklə gerçəkləşdirib. İlk dəfə olaraq baş rola Drü Berrimor, Anjelika Hyüston və Melani Linski ilə birgə “Əbədi sevgi hekayəsi” filmində çəkilib. Həmçinin Robert Harrisin “Eniqma” adlı romanının eyniadlı adaptasiyasında Keyt Unisletlə baş rolda oynayıb. 2000-ci ildə “Çətin Tapşırıq 2” filmində baş antoqonist obrazını canlandırıb. “X adamlar” kinofranşizasının əsasını qoyan ilk filmdə “Porsuq” rolunu oynamalı olsa da, “Çətin Tapşırıq 2”nin çəkilişləri qrafikdən 2 ay geri qalıb. Ona görə də, həmin rola Hyü Cekman dəvət olunur. O eyni zamanda “Agen 007” franşizasında Pirs Brosnandan sonra növbəti “Cemys Bond” olmağa ən real namizəd olsa da, sonradan həmin rol Deniel Kreyqə nəsib olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dougray_Scott