Erik Stilberq 1 aprel 1977-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Gəncliyində fotoqraflıqla maraqlanıb. Daha sonra Santa-Monikada foto sənətini oxuyub. Bundan sonra Erik Los-Ancelesdə Kaliforniya Universitetinin teatr, kino və televiziya məktəbini oxumağı planlaşdırırdı, lakin o, Santa-Monika kollecini bitirmir, cəmi iki il sonra kolleci tərk edir. Erikin böyük ekranda ilk işləri 2007-2009-cu illərdə olur: “Cuno”(2007), “Yayın 500 günü”, “Bendslem”, “Səmada olmaq istərdim” (2009). 2010-1017-ci illər arasında isə bir çox maraqlı filmlərin çəkilişində iştirak edib, onların arasından “Uzaqdan sevgi” (2010), “Zəhmətkeşlər günü” (2013), “Kişilər, qadınlar və uşaqlar” (2014), “Malibu xilasediciləri” (2017) filmlərini vurğulamaq olar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eric_Steelberg