Kortni B. Vens

Kortni B. Vens

Aktyor

BİOQRAFİYA

Kortni Bernard Vens 12 mart 1960-cı ildə ABŞ-ın Detroit şəhərində anadan olub. 1982-ci ildə Harvard Universitetini bitirib. Daha sonra Yel Dram Məktəbində təsviri incəsənət üzrə magistr dərəcəsi əldə edib. Orada gələcək həyat yoldaşı – aktrisa Ancela Bassettlə tanış olub. Onlar 1997-ci ildə evləniblər, 2006-cı ildə onların əkiz uşaqları olub. Karyerası ərzində üç dəfə “Toni” mükafatına namizəd olub. Sonda 2013-cü ildə “Bəxtəvər” pyesində oynadığı ikinci plan rola görə mötəbər teatr mükafatı ilə təltif olunub. Kinoda daha çox “Hamburger yüksəkliyi”, “Qırmızı oktyabrın ovu”, “Heklberi Finnin macəraları”, “Təhlükəli fikirlər”, “Keşişin həyat yoldaşı”, “Kosmik kovboylar” filmlərində canlandırdığı obrazlarla yadda qalıb. Televiziyada  “Otuz üstəgəl”, “Qanun və qayda”, “İndi hər gün” seriallarında uzun müddət daimi aktyor heyətində yer alıb. 2008-2009-cu illərdə “Təcili tibbi yardım” serialına həyat yoldaşı Ancela Bassettlə birlikdə çəkilib. 2014-2015-ci illərdə NBC telekanalında “İşlərin durumu” serialında Elfri Vudardın personajının əri rolunu oynayıb. Daha çox NBC telekanalında yayımlanan “Qanun və qayda: Cinayət niyyəti” (2001-2006) serialında oynadığı prokuror köməkçisi Ron Karver rolu ilə tanınır. 2013-cü ildə “Bəxtəvər” pyesində oynadığı rola görə “Toni” mükafatı qazanıb. 2016-cı ildə “Amerikanın cinayət tarixi: Xalq O.Cey Simpsona qarşı” serialında oynadığı rol onu “Emmi” laureatı edib.

Ətraflı məlumat üçün linkə basın:

https://en.wikipedia.org/wiki/Courtney_B._Vance

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç