Ceyms Pyürfoy

Ceyms Pyürfoy

Aktyor

BİOQRAFİYA

Ceyms Brayan Mark Pyürfoy - ingiltərəli teatr və kino aktyorudur. Zəngin ailənin övladıdır. 3 iyun 1964-cü ildə Taunton şəhərində doğulub. Londonun musiqi və dram incəsənəti ali məktəbinin məzunudur. 1988-ci ildə Uilyam Şekspir adına Kral teatrı truppasının üzvüdür. 1996-cı ildə aktrisa Holli Airdlə ailə qurub və 1997-ci ildə cütlüyün Cozef adlı uşaqları dünyaya gəlib. Ancaq 2002-ci ildə cütlük boşanmaq qərarına gəlib. Pyürfoy 2004-cü ildən bəri sənətşünas və televiziya prodüseri Cessika Adamsla vətəndaş nikahındadır. “Yovil Taun” futbol klubunun azarkeşidir. HBO telekanalında yayımlanan “Roma” adlı tarixi serialında Mark Antoni rolunu oynayıb. Daha sonra “Davamçılar” detektiv teleserialında silsilə qatilə çevrilmiş professor Coy Kerol rolunun öhdəsindən uğurla gəlib. Kinoda ona şöhrət qazandıran əsas bədii film “Solomon Keyn” fantastik-macəra filmi olub və orada qisas hissi ilə yaşayan döyüşçü rolunu oynayıb. 2018-ci ilin fevralından etibarən Netflix şirkətinin çəkdiyi “Forması dəyişilmiş karbon” adlı fantastik teleseriala çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Purefoy

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç