Jak Perren

Jak Perren

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Jak Perren 13 iyul 1941-ci ildə anadan olub. Dram sənəti üzrə Paris Milli Konservatoriyasında təhsil alıb. İlk debütü italyan rejissoru Valerio Dzurlininin “Çemodanlı qız” filmindəki rolu olub. Cazibədar romantik görünüşə malik olan aktyor uzun müddət gəncliyini qoruyub saxlaya bilib. Şarl Belmonun Boris Viananın məşhur “Günlərin köpüyü” romanı əsasında ekranlaşdırdığı filmdə Perren karyerasında ən uğurlu rolu hesab olunur. Vianın sürrealistik nəsrini ekrana gətirmək həddən artıq riskli eksperiment olub. Lakin baş rolun ifaçısının dəqiq seçilməsi sayəsində bu iş uğurlu alınıb. Perren Jak Deminin “Roşforlu qızlar” müziklındakı, Dzurlininin “Tatar səhrası” metafizik filmində, Pyer Şendonferin “Krab-barabançı” “dəniz romanında”kı rolları ilə məşhurlaşıb. 1968-ci ildə Perren Reggane Films adlı şəxsi kinoşirkətini təsis edir, daha sonra şirkət Galatée Films adlandırılıb. Şirkət xüsusilə 1960-cı illərin sonunda Kost Qavrasın  “Dzeta” kimi siyasi filmini istehsal edib. Daha çox Perrenin prodüserlik etdiyi sənədli filmlər uğur qazanıb. Xüsusilə “Mikrokosmos: Od Sakinləri” (1996), “Quşlar” (2001) və “Okeanlar” (2010) filmləri. Perren Şərəf legionu zabiti ordeninə (7.02.2008) layiq görülüb. 25.03.2016-cı il tarixli  “Pasxa” dekreti ilə (Ətraf mühit, enerji və dəniz nazirliyi tərəfindən”) komandor adına layiq görülüb.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D1%80%D0%B5%D0%BD,_%D0%96%D0%B0%D0%BA

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç