Mark Dakaskos
Aktyor
Mark Dakaskos 26 fevral 1964-cü ildə ABŞ-ın Honolulu şəhərində (Havayi ştatı) anadan olub. Ancaq uşaqlığını Almaniyada keçirib. Atası Al Dakaskos 9-cu dan dərəcəsi olan əlbəyaxa döyüş təlimatçısı olub, filippin, ispan, çin əsillidir. Anası isə yapon irland əsillidir, müəllimə işləyib. 6 yaşında qədər Markın tərbiyəsində iştirak etməyib. Belə ki həmin müddət ərzində Mark nənə-babasıyla yaşayıb. Markın bundan başqa Malia Bernal adlı ögey anası olub, onu “əsl anası” hesab edir. Malia amerikanın qadınlar arasında aparıcı əlbəyaxa döyüş ustalarından olub, 5 il ərzində Kunq-fu üzrə ABŞ çempionu olub. Beləcə atası və ögey anasının əhatəsində özü də idmanla məşğul olmağa ilhamlanıb. Mark başlıca olaraq braziliya kapoeyrası ilə məşğul olub, çin və filippin döyüş növlərindən geniş istifadə edən atasının döyüş üslubuna üz tutub. Söhbət karate, cüdo, kempo həmçinin boksun sintezindən gedir. Kinoda daha çox “Drayv” (Drive, 1997), “Həkim Moronun adası” (1996), “Canavar qardaşlığı” (2001, Brotherhood of Wolf), “Yalnız güclü olan” (Only the Strong, 1993) filmlərində oynadığı rollara görə tanınır. Şəxsi həyatına gəlincə Markk “Ağlayan qatil” filmində tərəf- müqabili olmuş Culi Kondra ilə 1998-ci ildə ailə qurub. Onların 2000-ci ildə Makoalani Çarlz adlı oğlu doğulub. Bir neçə il sonra Kapono adlı oğu və Noelani adlı qızı dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BA%D0%B0%D1%81%D0%BA%D0%BE%D1%81,_%D0%9C%D0%B0%D1%80%D0%BA