Emi Yasbek
Aktrisa
Emi Yasbek 12 sentyabr 1962-ci ildə Sinsinnati şəhərində (Ohayo ştatı, ABŞ) orta gəlirli ailədə anadan olub. Detroyt teatr institutunda ali təhsil alıb. Televiziyada debütünü 1986-1987-ci illərdə “Bizim həyatın günləri” serialında gerçəkləşdirib. Daha sonra “Özəl xəfiyyə Maqnum” (1987-1988), “Qanadlar” (1994-1997), “Artıq əladır” (1997-1998) və digər seriallara çəkilib. 1999-2003-cü illərdə aktyor Con Ritterlə evli olub. Aktyordan 1998-ci ildə Stella adlı qızını dünyaya gətirib. Əri Conla 1990-cı ildə “Çətin Uşaq” filminin çəkilişində tanış olub. 2003-cü ildə Conun ürək tutmasından ölümünü olduqca ağır keçirib və kinodan uzun müddətə uzaqlaşmalı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AF%D1%81%D0%B1%D0%B5%D0%BA,_%D0%AD%D0%BC%D0%B8