Fernando Velaskes
Bəstəkar
Fernando Velaskes 22 noyabr 1976-cı ildə Biskay bölgəsinin Getxo şəhərində (İspaniya) ünyaya göz açıb. Böyük kinoda daha çox “Sığınacaq” (The Orphanage – 2007), “Qanlı zirvə” (Crimson Peak – 2015), “Qeyri-mümkün” (The Impossible – 2012), “Bədheybətin harayı” (A Monster Calls – 2016) filmlərinə yazdığı saundtreklərlə məşhurlaşıb. Karyerası ərzində 96 televiziya/bədii film və seriala musiqi bəstələyib. “Bədheybətin harayı” (A Monster Calls – 2016) filminə yazdığı musiqi ona 2017-ci ildə "Ən yaxşı orijinal kompozisiya" nominasiyasında “Qoya” mükafatı qazandırıb. 1990-1993-cü ildə bir neçə konsertavoriyada violonçel ifası üzrə təhsil alıb. Ali təhsil ocağını fərqlənmə ilə bitirib. Musiqi təhsilini sonradan Parisdə davam etdirib. 2003-2007-ci illərdə isə Madridin Kral Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Fernando_Vel%C3%A1zquez_(composer)