Til Şvayger

Til Şvayger

Aktyor, kinorejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Tilman Valentin (Til) Şvayger 19 dekabr 1963-cü ildə Frayburq-im-Braysqau şəhərində anadan olub. Uşaqlığı Qisen şəhərində keçib. 1977-ci ildə ailəsi ilə Hoyhelhaym şəhərinə köçüb. Orada yüksək qiymətlərlə orta məktəbi bitirib.  Məktəbi bitirdikdən sonra atasının yolunu tutaraq, almanşünaslıq fakültəsinə daxil olub. Ancaq çox keçmədən ali təhsili yarımçıq qoyub və özünü tibbə həsr etməyə qərar verib. Bu istiqamətdə hər hansı uğur qazanmayıb. Teatr məktəbində oxuyan rəfiqəsi ondan yaxşı aktyor çıxacağını əmin edib və “Der Keller” (Zirzəmi) adlı Köln şəhər teatr məktəbinə yönləndirib. Həmin məktəbdə 3 il yarım təhsil alır. Məzun olduqdan sonra “Lindeştrasse” serialına kiçik rola çəkilməklə aktyor karyerasına başlayır. Daha sonra sinronist olaraq bir sıra filmləri o cümlədən, pornoqrafik filmləri səsləndirib. 1989-cu ildə “Kontra Krays” teatrına işə düzəlir. Ona dünya şöhrətini “Səmaya qədər yüksəlmək” filmində oynadığı Martin Brest rolu gətirir. Həmin filmdəki çıxışına görə bir sıra mükafatlarla təltif olunub. Karyerasının zirvəsində rejissor Tomas Yanın “Səmaya qədər yüksəlmək” kriminal komediyasında xərçəng diaqnozu qoyulmuş Martin Brest obrazı durur. Həmin rola görə 1997-ci ildə Moskva Beynəlxalq Kinofestivalının “Müqəddəs Qeorqi” mükafatı ilə təltif olunub. Həmçinin “Fred hardadır?”, “Şərəfsiz ituşaqları”, “Bu müharibə deməkdir” filmlərində oynadığı rollarla tanınır. Şvayger rejissor kürsüsündədə yüksək peşakarlığını isbat etmiş kino adamıdır. “Göyçək”, “Göyçək 2”, “Başda olan bal”, “Körpü üzərində ayaqyalın” kimi tanınmış lentlərin rejissoru olub. 19 iyun 1995-ci ildə Til Şvaqger keçmiş amerikalı model Den Karlsenlə ailə qurub. Cütlük 2005-ci ilə qədər ABŞ-da yaşayıb. Sonradan Hamburqda, ingilis üslubunda tikilmiş villaya köçüblər. 2005-ci ildən ayrı yaşayırlar. Cütlüyün dörd övladı var. Onların dördü də, atalarının “Göyçək” adlı filmə çəkilib. Şvaygerlər Karslen arasındakı nikaha rəsmən 2009-cu ildə xitam verilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Til_Schweiger

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç