Maksim Aleksandr

Maksim Aleksandr

Operator

BİOQRAFİYA

Maksim Aleksandr – belçikalı operator, rejissor, ssenarist, aktyor və prodüserdir. Maksim Aleksandr 4 fevral 1971-ci ildə Şərqi Flandriya bölgəsinin Ronse şəhərində (Belçika) anadan olub. Gələcək aktyorun uşaqlığı İtaliyanın paytaxtı Romada keçib. Ora 5 yaşında olanda anası, qardaşı və bacıları ilə köçüb. Atalığı italiyalı rejissor köməkçisi İniqo Letsi olub. Maksim Esedra dilçilik litseyində oxuyub. 1990-cı ildə Fransanın paytaxtı Parisə köçüb. Ali təhsilini Nyu-Yorkda Kolumbiya universitetində (ABŞ) alıb. Daha sonra Sent Pol şəhərində (Minnesota ştatı, ABŞ) Hemlayn universitetində təhsilini artırıb. Kinoda aktyor kimi debütü 1980-ci ildə “Sevgi səhifələri” filminə təsadüf edir. Aleksandrın ilk tammetrajlı operator işi isə 2003-cü ildə ekranlara çıxan “Qanlı biçin” filmi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Maxime_Alexandre

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç