Net Vulf

Net Vulf

Aktyor

BİOQRAFİYA

Nataniel Marvin Vulf 17 dekabr 1994-cü ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində musiqiçi Maykl Vulf və aktrisa Polli Dreyperin ailəsində dünyaya gəlib. Ana babası III Dreyper Uilyam nüfuzlu ictimai xadim olub. O eyni zamanda kapitalist Tim Dreyperin bacısı oğlu, Cessi Dreyperin bibisi oğlu, banker və diplomat Uilyam Henri Dreyperin ulu nəvəsidir. Boş vaxtlarında basketbol oynamağı və musiqi bəstələməyi sevir. Aktyor karyerası 2003-cü ildən başlayıb, o qeyri-Brodvey “Getting into Heaven” adlı musiqili tamaşasında səhnəyə çıxıb. 2004-cü ildə isə “Bağdad” müziklında iştirak edib. 2005-ci ildə anasının rejissoru olduğu “Çılpaq qardaşlar” televiziya filmində baş rolu oynayıb. Həmin film ona uğur gətirib. Ekran əsəri Hampton Beynəlxalq Kinofestivalında “ən yaxşı ailəvi kino” nominasiyasında xüsusi mükafat qazanıb. Filmin yayım hüquqlarına “Nickelodeon” şirkəti yiyələnib və onun süjeti əsasında teleserial çəkilib (2007-2009). Netin kiçik qardaşı da həmin seriala çəkilib və musiqisini o yazıb. Teleserial Vulfa “BMI Cable AWARD” nominasiyasını qazandırıb. 2009-cu ildə “Nickelodeon” telekanalının “Komandir ana” yeniyetmə komediyasında rol alıb. 2011-ci ildə “Köhnə Yeni İl” və “Dünya, sevgi və anlaşılmazlıq” filmlərində çəkilib. 2013-cü ildə “İkinəfərlik imtahan” filmində Ceremay rolunda çıxış edib. Elə həmin il “Palo-Alto” filmində baş rollardan birinə dəvət alıb. 2014-cü ildə Selena Qomeslə “Pis rəftar” yeniyetmə komediyasında baş rollara çəkilib. Həmin il “Ulduzların günahıdır” filmində ikinci plan rolunu oynayır və həmin rola görə 2 "Teen Choice Awards" mükafatı ilə təltif olunur, “Choice Movie: Scene Stealer” və “Choice Movie: Chemistry” mükafatlarına nominasiya qazanır. 2017-ci ildə “Ölüm dəftəri” trillerinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Nat_Wolff

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç