Sidni Kimmel
Prodüser
Sidni Kimmel 16 yanvar 1928-ci ildə ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı, ABŞ) anadan olub. Los-Anceles kinokompaniyası “Sidni Kimmel İnterteynment”in sədridir. 1975-ci ildə moda sənayesi üzrə fəaliyyət göstərən “Cons Apparel Qruş” kompaniyasını yaradıb. Bu gün kompaniyanın dəyəri 4,5 milyard dollar dəyərindədir. ABŞ-da xərçəng xəstəliklərinin araşdırılması üzrə ən böyük fondlarından birinin sahibidir. Kino sənayesində 20 ildən artıqdır ki, fəaliyyət göstərir. “Sidni Kimmel İnterteynment” kompaniyasının yaranmasından bu günə qədər burada 24 film çəkilib. Bu filmlərin arasında “İtirilmiş Reys” və “Xəyanət kimi “Oskar” mükafatına namizəd göstərilən filmlər var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sidney_Kimmel