Tim Piqott-Smit
Aktyor
Tim Piqott-Smit 13 may 1946-cı ildə Böyük Britaniyada anadan olub. Karyerasına 1971-ci ildə “Doktor Kim” serialının bir epizodunda canlandırdığı kiçik rolla başlayıb. 1984-cü ilə qədər kiçik rollar canlandıran aktyora uğuru “Taxtın xəzinəsi” serialında canlandırdığı baş rol gətirir. Bu rola görə o, BAFTA mükafatına layiq görülüb. Aktyor Elizabet Qaskelin “Şimal və cənub” romanı əsasında çəkilən filmlərdə iki dəfə rol alıb. 1974-cü il versiyasında Frederik Heyl, 2004-cü il versiyasında isə onun atası Riçard Heyl obrazlarını canlandırıb. Sonralar Piqott-Smit “Lüis”, “Daunton abbatlığı”, “Foylun müharibəsi” seriallarına çəkilib. Mayk Bartlettin “Kral Karl III” pyesi əsasında 2016-cı ildə çəkilən kino aktyorun rol aldığı son film olur. Filmin premyerasına cəmi bir ay qalmış 7 aprel 2017-ci ildə Tim Piqott-Smit dünyasını dəyişir. Aktyorun ən yaddaqalan rolları isə “İsgəndər”, “Dörd cəsur dost”, “V — Vendetta deməkdir”, “Alisiya möcüzələr diyarında” filmlərində olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tim_Pigott-Smith