Cerri O'Konnell
Aktyor
Ceremaya “Cerri” O'Konnell – amerikalı aktyordur. 17 fevral 1974-cü ildə irland əsilli kanadalı və polyak əsilli amerikalının ailəsində (Nyu York, ABŞ) dünyaya göz açıb. Atası rejissor və bədii redaktor, anası incəsənət müəllimi olub. 11 yaşında filmlərə çəkilməyə başlayıb (“Mənimlə qal” filmi). Ona şöhrət qazandıran ilk rol “İkinci mən” (1988-1991) serialında oynadığı rol olub. 1995-ci ilin may ayında “Kinematoqrafiya və televiziya” ixtisası üzrə Nyu-York universitetini bitirib. Ancaq ən çox “Sliders” (“Paralel dünyalara səyahət”) teleserialında oynadığı rolla populyarlaşıb. 14 iyul 2007-ci ildə aktrisa və fotomodel Rebekka Romeynlə ailə qurub. 2008-ci ilin dekabr ayında onların Dolli Rebekka Rouz və Çarli Tamara Tülip adlı əkiz övladları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/George_Fenton