Cek Blək

Cek Blək

Aktyor

BİOQRAFİYA

Tomas Ceykob (Cek Blək) 28 avqust 1969-cu il Kaliforniya ştatında (ABŞ) anadan olub. Blək səhnədə ilk peşəkar addımını 1989-cu il Edinburqda (Şotlandiya) Tim Robbinsin “Carnage” tamaşasında rol almaqla atıb. Kinoda debütünü isə 1992-ci ildə “Bob Roberts” siyasi satirik filmi ilə edib. 2000-ci ildə “Fanatik” filmində aktyor karyerasının ən yaxşı rollarından birini canlandırıb. Bu filmdə aktyor tamaşaçılara özünün musiqi istedadını göstərir. Filmdən sonra aktyor tez-tez “Saturday Night Live”, “Primetime Glick”, “The Osbournes” kimi şoulara, musiqi və kino mərasimlərinə qonaq kimi çağrılırdı. 2003-cü ildə aktyor “Rok məktəbi” filminə çəkilir. Filmdə dolanışığı üçün gitara dərsləri keçən gitaraçı-metalhed rolu yaratmış aktyorun işi tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və o, “Qızıl Qlobus” mükafatına namizəd göstərilir. Cek Blək həm də musiqiçi kimi tanınır - “Tenacious D.” rok qrupunun üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jack_Black

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç