Covanni Ribizi
Aktyor
Covanni Ribizi 17 dekabr 1974-cü ildə Los-Anceles şəhərində (ABŞ) anadan olub. İtaliyan əsillidir. Anası aktyorların meneceri və yazıçıdır, atası musiqiçidir. Aktyor uşaqlıq illərində Vanni ləqəbini qazanıb. Həmin illərdə “Uşaqlarla evli” məşhur komedik teleserialının epizodlarından birinə çəkilir. Titrlardə adı məhz Vanni Ribizi kimi göstərilib. Aktrisa Marissa Ribizinin əkiz qardaşıdır. Ribizi 1997-ci ildə Meraye Obrayenlə ailə qurub. Cütlüyün 1997-ci ilin avqust ayında Lüçiya adlı qızları dünyaya gəlib. Ribizi bacısı ilə birgə “Saentologiya kilsəsinin” üzvüdür. 2012-2015-ci illərdə Ribizi Aqnes Dinlə evli olub. Karyerasına televiziyada bir neçə serial və tamaşada çəkilməklə başlayıb. Ona böyük kinoya gəlişində tramplin rolunu “Məxfi materiallar” serialının üçüncü mövsümündə canlandırdığı obraz olub. “DPO” adlı epizodda ondan başqa Cek Blek də xüsusi qonaq olaraq iştirak edib. 2000-ci ildə “Vergi” filmində rol alıb, 2009-cu ildə “Avatar” elmi-fantastik blokbasterində “Parker Selfric” rolunu ifa edib. 2015-ci ildən bəri Amazon Studios şirkətinin “Yaramaz Pit” cinayət-dram serialına baş rola çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Giovanni_Ribisi