Ceff Kronenvet

Ceff Kronenvet

Operator

BİOQRAFİYA

Ceff Kronenvet 14 yanvar 1962-ci ildə Los-Ancelesdə (Kaliforniya) doğulub. Məşhur operator və “Oskar” namizədi Cordan Kronenvetin oğludur. Ceff atasının assistenti olub. Yanlız 1995-ci ildə özünün ilk işini - “Robbi Robertson: Evə qayıdış” sənədli filmini çəkir. Ceff Kronenvet əsl uğuru rejissor Devid Finçerlə tanışlıqdan sonra qazanır. Finçer onu özünün “Döyüşçulər klubu” filmini çəkməyə dəvət edir və film kifayət qədər uğurlu alınır. Sonralar Ceff Kronenvet Finçerin daha iki filmində - “Sosial şəbəkə” və “Əjdaha döyməli qız”da operator kimi işləyir. Hər iki filmdəki işinə görə Ceff Kronenvet “Oskar” mükafatına namizəd göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jeff_Cronenweth






FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç