Linn Uitfild

Linn Uitfild

Aktrisa

BİOQRAFİYA

Linn Uitfild 6 may 1953-cü ildə Luiziana ştatının Baton-Ruj şəhərində stomatoloq və maliyyəçinin ailəsində anadan olub. Aktyorluq sənəti üzrə ali təhsil aldığı illərdə dramaturq Vantil Uitfildə ərə gedib. Cütlük 1978-ci ildə yollarını ayırıb. Nikahda olduğu illərdə Nyu-Yorkun teatr səhnələrində kiçik rollar oynayıb. 1977-ci ildə Los-Ancelesdə “Göyqurşağı görüb intihar barədə düşünən rəngli qızlar” pyesində oynadığı rol ona şöhrət gətirib. 1981-ci ildə NBC telekanalının “Hill-Strit bluzu” serialında teledebütünü edib. İki ildən sonra “Doktor Detroyt” filminə çəkilməklə kinodebütünü gerçəkləşdirib. Ardınca “Keqni və Leysi”, “Mayami polisi”, “Sent–Elsver” və “Metlok” kimi kifayət qədər nüfuzlu seriallara çəkilib. Növbəti illərdə böyük ekranlarda “Silverado” (1985), “Çənələr: Qisas” (1987) filmlərində görüntülənib. 1988-1989-cu ildə ABC telekanalının “Ürək döyüntüsü” serialında mərkəzi qadın rollarından birini oynayıb. Ardınca Opra Uinfri ilə birlikdə “Brüster adlı yerin qadınları” mini-serialında kamera önünə çıxıb. 1991-ci ildə HBO telekanalında nümayiş olunmuş “Jozefina Beykerin hekayəsi” adlı bioqrafik filmdə oynadığı baş rolla şöhrət qazanıb. Bu rol ona “ən yaxşı mini serial və ya film aktrisası” nominasiyasında “Emmi” mükafatı qazandırıb, bundan başqa “Qızıl Qlobus” mükafatına namizəd olub. 2000-ci illərdə başlıca olaraq teleserial və bədii filmlərdə ikinci plan rollara dəvət olunub. Ən əlamətdar işləri “Medey ailəsinin qovuşması” (2006) dramı, “Boston məktəbi” və “İzsiz-tozsuz” serialında oynadığı rollardır. Son illər aşağıbüdcəli və müstəqil rejissor işi olan bədii filmlərə çəkilir. 2014-cü ildə “Qətlə görə cəzadan yayınmağın yolu” adlı filmdə ikinci dərəcəli rol oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D1%82%D1%84%D0%B8%D0%BB%D0%B4,_%D0%9B%D0%B8%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç