Noel Klark
Aktyor, ssenarist, rejissor
Noel Entoni Klark 6 dekabr 1975-ci ildə Londonda (İngiltərə) anadan olub. Britaniyalı aktyor, ssenarist və rejissordur. “Əlvida Pit” filmində oynadığı Klark və “Doktor Kim” serialında oynadığı Mikki Smit rolu ilə məşhurlaşıb. Bundan başqa rejissor olaraq çəkdiyi və ssenarisini yazdığı “Uşaqlıq” və “Böyüklük” filmlərində baş rolu ifa edib. London Aktyor Mərkəzində aktyor sənətinin incəliklərini öyrənməzdən əvvəl, Şimali London universitetində fərqli istiqamət üzrə təhsil alıb. Məzun olduqdan sonra çoxsaylı teatr tamaşalarında iştirak edib, televiziya layihələrinə dəvət alıb. 2003-cü ildə “Biz harada yaşayırıq” tamaşasına görə “Lourens Olivye” adına mükafata layiq görülüb. Klark eyni zamanda 2009-cu ildə BAFTA mükafatının “Yüksələn ulduz” nominasiyası üzrə laureatı olub. Rejissor olaraq çəkdiyi ən məşhur film “4 qız, 3 gün, 2 şəhər və 1 şans” filmi sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Noel_Clarke