Mark Straytenfeld
Bəstəkar
Mark Straytenfeld – alman əsilli amerikalı bəstəkardır. Başlıca olaraq kinofilmlər üçün musiqi bəstələyir. Tanınmış rejissor Ridli Skottla əməkdaşlığı hesabına tanınır. Almaniyanın Münhen şəhərində anadan olub. 19 yaşında Los-Ancelesə köçüb. Karyerasının əvvəlində görkəmli bəstəkar Hans Zimmerin köməkçisi olaraq fəaliyyət göstərib. Daha sonra müstəqil səs montajçısı və administrator olaraq bir neçə blokbasterin böyük ekranlar üçün hazırlanması prosesində iştirak edib. 2005-ci ildə “Cənnət krallığı” filminin musiqisi üzərində supervayzerlik etdikdən sonra Ridli Skottun xahişi ilə “Yaxşı il” filminə musiqi bəstələyib. Bu onun kinobəstəkar olaraq debüt işi olub. Daha sonra Skottun növbəti bütün filmlərinin saundtreklərinin müəllifi olub. 2008-ci ildə “Qanqster” filminə yazdığı ssenariyə görə BAFTA mükafatına namizəd olub. Həmçinin bir müddət “Böyük fırıldaq”, “Qara şahin” və “Qladiator” kimi yüksək büdcəli kinolayihələrdə musiqi redaktoru, musiqi supervayzeri və texniki müşavir vəzifələrində çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%80%D0%B0%D0%B9%D1%82%D0%B5%D0%BD%D1%84%D0%B5%D0%BB%D1%8C%D0%B4,_%D0%9C%D0%B0%D1%80%D0%BA