Harris Savides

Harris Savides

Operator

BİOQRAFİYA

Harris Savidis (28 sentyabr 1957 – 9 oktyabr 2012) – yunan əsilli amerikalı kinooperatordur. “Doğuluş”, “Fil”, “Marqo toyda” kimi filmlər üzərində gördüyü işə görə tanınır. BAFTA mükafatı nominantıdır. Beş dəfə “Müstəqil ruh” mükafatına namizəd olub. Savidis moda nümayişlərinin və televiziya reklam çarxlarının operatoru kimi fəaliyyətə başlayıb. Daha sonra mahnı klipləri çəkməyə başlayıb. Madonna, Tom Ueyts, "Radiohead", "Coldplay" kimi məşhur müğənni və qruplarla əməkdaşlıq edib. Karyerası ərzində ən məhsuldar əməkdaşlığı rejissor Qas Van Sentlə olub. Bu tandem birlikdə “Forresteri tapmaq”, “Fil”, “Son günlər”, “Cerri” kimi filmləri lentə alıblar. Onun Devid Finçerlə çəkdiyi “Oyun” və “Zodiak” filmləri üzərində gördüyü operator işi də tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Harris_Savides

 

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç