Sofiya Verqara

Sofiya Verqara

Aktrisa

BİOQRAFİYA
Sofiya Verqara 10 iyul 1972-ci ildə Barrankilyada (Kolumbiya) doğulub. Sofiya model karyerasına başlayır və Cənubi Amerikada məşhurlaşır. "Pepsi”nin reklam çarxında çəkilib. Daha sonra Sofiya ispandilli televiziya kanalı olan “Univision”da “Fuera de serie” və “A que no teer” proqramlarında işləyib. 2002-ci ildə Sofiya “Böyük çətinliklər” filmində ikinci plan aktrisa kimi rol alıb. Hollivudda ilk uğurları “Kings of Dogtown”, “Blood for blood” filmləri ilə olub. 2007-ci ilin ortalarında Verqara “Amas de Casa Desesperadas” serialında çəkilib. 2004-cü ildə Sofiya Verqara öz geyim kolleksiyasını yaratmağa başlayıb. 2000-ci ildə ictimai və sosial fəaliyyətinə görə “İlin qadını” titulunu alıb. 2013-cü ilin iyununda "Madam Tüsso Muzeyi"ndə aktrisanın mumdan hazırlanmış heykəli qoyulub. 2012-ci ildən Amerika televiziyasının ən yüksək qonorar alan aktrisalarından biridir. Təkcə 2013-cü ildə 43 milyon dollar qazanıb. 2014-cü ildə Verqara Amerika vətəndaşlığı alıb. 1991-1993-cü illərdə Co Qonsaleslə evli olub. Onların bir oğlu var. 22 noyabr 2015-ci ildən aktyor Co Manqanyello ilə evlidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sof%C3%ADa_Vergara

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç