Uilyam Fixtner 27 noyabr 1956-cı ildə Çiktovaqa şəhərində (Nyu-York ştatı, ABŞ) alman əsilli Patrisiya və Uilyam Fixtnerin ailəsində doğulub. Uilyamın dörd bacısı var, onlardan biri ABŞ Hava Qüvvələrinin polkovnikidir. 1978-ci ildə Fixtner Farminqdeyl Universitetini bakalavr dərəcəsi üzrə bitirib. Sonra isə Nyu-York Dram Sənət Akademiyasına daxil olub. Uilyam Fixtner aktyorluq karyerasına 1987-ci ildə "Dünya necə fırlanır" filmi ilə başlayıb. Həm də "Mükəmməl fırtına", "Qara şahin", "Tənbəllik" kimi filmlərdə rol alıb. Ən məşhur filmlərindən biri “Oskar” mükafatı qazanan "Qarşıdurma" filmidir. Filmdəki roluna görə Amerika Aktyorlar Gildiyasının mükafatına layiq görülüb. 1996-cı ilə kimi Betsi Aydemlə evli olub. 1998-ci ildə Kimberli Kalillə evlənib. Hər evlilikdən bir uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/William_Fichtner